Belarus Prezidenti Aleksandr Lukaşenko Minskdə Avrasiya Hökumətlərarası Şurasının iclasında iştirak edən hökumət nümayəndə heyətlərinin rəhbərləri ilə görüşdə özünü “Trampist” adlandırıb.
Globalinfo.az xəbər verir ki, o, ABŞ Prezidenti Donald Trampı bəzən açıq şəkildə tənqid etməsinə baxmayaraq, onu dəstəklədiyini bildirib.
“Trampı dəstəkləmişəm. Əminəm ki, seçkilərdə bir çoxunuz da onu dəstəkləmisiniz. Bəli, amerikalılarla danışıqlar apararkən onu açıq şəkildə tənqid edirəm və mövqeyimi birbaşa onlara bildirirəm”, – deyə Lukaşenko bildirib.
O qeyd edib ki, Trampa Qərbin, xüsusilə də ABŞ-ın siyasətini “üzə çıxardığı” üçün minnətdardır.
Bununla yanaşı, Lukaşenko Trampın siyasətində “tələskənlik” olduğunu vurğulayıb: “Səhər bir şey deyir, axşam isə başqa”.
Əliyar Xəlil
Globalinfo.az