“Ukraynanın ABŞ-ın sülh planı layihəsinə düzəlişlər etməsi ilə bağlı xəbərlər həqiqətə uyğun deyil”.
Globalinfo.az xəbər verir ki, bunu Ukrayna Milli Təhlükəsizlik Şurasının (MDŞ) katibi Rustem Umerov deyib.
“Mətbuatda iddia edilən “razılaşma” və ya “bəndlərin çıxarılması” ilə bağlı yayılan xəbərlərin reallıqla heç bir əlaqəsi yoxdur”, – o qeyd edib.
Noyabrın 21-də “Vol Strit Jurnal” yazıb ki, Ukrayna ABŞ-ın münaqişənin həlli planında Kiyev hakimiyyətinin korrupsiyasını ifşa etməyə kömək etməli olan bəndlərdən birini əhəmiyyətli dərəcədə dəyişib.
İddialara görə, plan layihəsində Ukraynanın aldığı bütün beynəlxalq yardımların auditinin aparılması çağırışı var. Bu, respublikada korrupsiyanın ifşası üçün təklif edilib.
Nəşr qeyd edir ki, 28 bənddən ibarət sənədin onlayn yayımlanan variantında artıq Kiyevin etdiyi düzəlişlər var.
Əliyar Xəlil
Globalinfo.az