“NATO faktiki olaraq kiberməkanda və “dezinformasiya” adlandırılan sahədə Rusiya ilə müharibə aparır”.
Globalinfo.az xəbər verir ki, bunu NATO Hərbi Komitəsinin keçmiş rəhbəri, admiral Rob Bauer “Ukrinform”a müsahibəsində deyib.
“Bəzi sahələrdə biz artıq faktiki olaraq müharibə aparırıq. Qeyd etdiyim yerlərdən əlavə, digər sahələrdə hüquqi baxımdan müharibə vəziyyətində deyilik. Rusiya ilə müharibə elan etməmişik, buna görə də bu mənada müharibə yoxdur”, – Bauer qeyd edib.
O, eyni zamanda vurğulayıb ki, alyans hələ də mövcud olan “Rusiya təhlükəsi” ilə bağlı məsələlərə sadəlövh yanaşır və vəziyyətə nəzarət edə biləcəyinə inanır.
Buna görə də Bauer NATO üzvlərinə bu sadəlövhlükdən əl çəkməyi və müdafiə sahəsində kritik ehtiyacları qarşılamaq imkanlarını təmin etməyi tövsiyə edib.
Əliyar Xəlil
Globalinfo.az