Mingəçevir Futbol Klubunun oyunçularına aylardır ödəniş edilmədiyi bildirilir. Məlumata görə, futbolçular oyunlara çağırılsa da, onlara bir neçə aydır ödəniş olunmur. Hətta bunu bir oyunçunun azarkeşə dediyinə dair görüntülər yayılıb.
Bu iddia nə dərəcədə doğrudur? Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) məsələdən xəbərdardırmı?
Məsələ ilə bağlı Globalinfo.az iki gün əvvəl Azərbaycan Futbol Federasiyaları Assosiasiyasına sorğu ünvanlayıb.
Qurumdan günlərdə sonra verilən cavabda bildirilib ki, hər hansısa məlumat olarsa, ictimaiyyətə açıqlama veriləcək.