Ötən gün İkinci Qarabağ müharibəsində hər iki ayağını itirmiş qazi Taleh Camalovun Salyanda toy mərasimi keçirilib.
Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə türkiyəli jurnalist Seyfulla Türksoy özünün X səhifəsində məlumat verib.
Qarabağda hər iki ayağını itirmiş qazi Taleh Camalın toyunda iştirak etdim. Milli müdafiə nazirimiz Yaşar Gülər toya təbrik mesajı və gül çələngi göndərdi”, – jurnalist bildirib.