rubinyan 8 1

Ermənistanın yeni Konstitusiya layihəsinin referendumda rədd edilməsi ölkədə yeni siyasi vəziyyət yarada bilər və müxalifətə hökumətin istefasını tələb etmək üçün daha ciddi arqument verə bilər.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentinin spikeri Ruben Rubinyan jurnalistlərə bildirib.

    Onun sözlərinə görə, xarici işlər naziri Ararat Mirzoyanın yeni Konstitusiya layihəsinin referendumda rədd ediləcəyi təqdirdə, hökumətin istefası ehtimalını gündəmə gətirməsi hakim partiya daxilində razılaşdırılmış ssenari deyil.

    “Qoy buna şans versinlər, qoy xalq qərar versin. Xalq bunun lazım olmadığına qərar versə, düşünürəm ki, bu, yeni siyasi vəziyyət demək olacaq. Bu, bizim üçün də mənfi nəticələr doğura bilər, çünki onlar xalqın bizim əsas siyasi öhdəliyimizə qarşı olduğunu iddia edə biləcəklər”, – Rubinyan qeyd edib.

    Erməni spiker deyib ki, belə olan halda müxalifətin hökumətin istefasını tələb etmək üçün daha tutarlı arqumenti olacaq.

    Qeyd edək ki, oktyabrın 28-də Ermənistan parlamentində hökumət üzvləri ilə sual-cavab sessiyası zamanı Ararat Mirzoyan müxalifəti yeni Konstitusiya layihəsinin referenduma çıxarılmasını dəstəkləməyə çağırıb. O, layihənin xalq tərəfindən rədd ediləcəyi təqdirdə, hökumətin istefası ehtimalını da dilə gətirib.

    Paylaş: