Ukraynanın müdafiə naziri ilə bağlı ŞOK iddia: Qərb hərəkətə keçir

Ukraynanın müdafiə naziri Aleksey Reznikovun istefası ilə bağlı iddialar yenidən gündəmə gəlib. 

Globalinfo.az xəbər verir ki, iddialara görə Reznikov istefadan sonra ABŞ və ya Böyük Britaniyaya səfir göndərilə bilər.

Onun yerinə müdafiə naziri vəzifəsinə isə iki namizədin göstərildiyi bildirilir. Onlardan biri baş nazirin müavini Aleksandr Kubranov, digəri isə strateji sənaye naziri Aleksandr Kamişindir.

Həmçinin bəzi iddialara görə Qərb Ukraynada müdafiə naziri vəzifəsinə qadın namizədin gəlməsini istəyir. Bu səbəblə mümkün namizədlər arasında Mariya Berlinskaya, Baş nazirin müavini İrina Vereşçuk və Korrupsiyaya Qarşı Mübarizə Mərkəzinin direktoru Daria Kaleniuk da var.

Reznikovun adı davamlı korrupsiya qalmqalları və uğursuz satınalmalarda hallanır. Bu barədə müzakirələr artdıqca istefa iddiaları daha da güclənir.