“Müvəqqəti atəşkəs” razılaşmasına görə İsraillə münaqişəni dayandıran HƏMAS ABŞ milyarderi İlon Maskı Qəzzaya dəvət edib.

Globalinfo.az xəbər verir ki, HƏMAS-ın yüksək səviyyəli rəhbərlərindən biri olan Usamə Həmdan İlon Maskı Qəzza zolağına dəvət edib.

“Biz onu Qəzzə xalqına qarşı törədilən qırğın və dağıntıların miqyasını görmək üçün Qəzzaya səfər etməyə dəvət edirik”, – Usamə Həmdan Livanın paytaxtı Beyrutda keçirdiyi mətbuat konfransında  deyib.