Ukraynanın ABŞ-dakı səfiri Olqa Stefanışina Kiyevdə yerləşən mənzillə bağlı yaranmış qalmaqal fonunda vəzifəsini tərk edəcək.
Globalinfo.az xəbər verir ki, bu barədə “The Financial Times” məlumat yayıb.
“Stefanışinanın ailəsi Kiyevdə bazar qiymətindən xeyli aşağı məbləğə mənzil alıb. Bununla bağlı Ukrayna hüquq-mühafizə orqanları araşdırma aparır. Diplomat isə ona qarşı irəli sürülən bütün ittihamları rədd edir”, – deyə bildirilib.
Bundan əvvəl Olqa Stefanışina şəxsi istəyi ilə vəzifəsindən ayrılması üçün ərizə təqdim edib.
Ukrayna Prezidenti Volodimir Zelenski onun müraciətini təsdiqləyib. Məlumata görə, yaxın vaxtlarda Ukraynanın Milli Antikorrupsiya Bürosu (NABU) tərəfindən ona rəsmi şübhəli şəxs statusu verilə bilər.
Əliyar Xəlil
Globalinfo.az