Ukraynalı oliqarx İqor Kolomoiski məhkəmə iclası zamanı prezident Volodimir Zelenski haqqında qalmaqallı açıqlama verib.
Globalinfo.az xəbər verir ki, bu barədə “Ölkə Siyasəti” Teleqram kanalı məlumat yayıb.
Məhkəmədə çıxış edən Kolomoiski Zelenskini “açıq-aşkar Napoleon” adlandırıb və onun hakimiyyətdən gedəcəyini iddia edib.
“Tezliklə gedəcək bu Napoleon”, – deyə İqor Kolomoiski bəyan edib.
Qeyd edək ki, Kolomoiski 2 sentyabr 2023-cü ildə həbs edilib. Ona qarşı fırıldaqçılıq və çirkli pulların yuyulması ittihamları irəli sürülüb. Bu ilin avqustunda Ukrayna Milli Korrupsiyaya Qarşı Mübarizə Bürosu oliqarxın işi çərçivəsində bir neçə kəşfiyyat xidməti əməkdaşının evində axtarış aparıb.
Əliyar Xəlil