pua mulki

Martın 26-da Rusiyanın Tula vilayətinin Kireyevsk şəhərində partlayış baş verib.

Məlumata görə, partlayışa səbəb Ukrayna Silahlı Qüvvələrinə məxsus “Tu-141 Strij” pilotsuz uçuş aparatı olub. Dron partlayıcı ilə təchiz edilib.

Partlayış nəticəsində 2004 və 2006-cı il təvəllüdlü gənclər və daha bir nəfər qəlpə yaraları alıblar. Üç çoxmənzilli yaşayış binası və dörd yardımçı tikilidə dağıntılar qeydə alınıb.

Rayonun paytaxt Moskvadan 200 km uzaqlıqda yerləşdiyi bildirilir.

Paylaş: