Malyar

Ukraynanın müdafiə qüvvələri Baxmut istiqamətinin cənub cinahında irəliləyir.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bunu Ukrayna müdafiə nazirinin müavini Anna Malyar deyib.

Onun sözlərinə görə, ruslar isə şərqdə Avdeyev, Marinski, Limansk istiqamətlərində irəliləyir:

“Onlar Svatov istiqamətində irəliləyib, şiddətli döyüşlər gedir, ruslar Beloqorovka və Serebryankaya hücum edir. Biz Baxmut istiqamətində: cənub cinahında irəliləyirik, qismən uğurumuz var, şimalda döyüşlər davam edir. Düşmən ora iki desant-hücum alayını yerləşdirib. Cənubda Ukrayna Silahlı Qüvvələri gərgin mübarizə aparır, lakin tədricən Berdyansk və Melitopol istiqamətlərində irəliləyir. Qoşunlarımız düşmənin şiddətli müqaviməti ilə üzləşir”.

Paylaş: