Ukrayna üçün təhlükəsizlik zəmanətləri ilə bağlı danışıqlar ötən həftə başlayıb.
Globalinfo.az xəbər verir ki, bu barədə “NBC News” mənbələrə istinadən məlumat yayıb.
Nəşr qeyd edir ki, müzakirə olunan sülh sazişi çərçivəsində Ukrayna üçün təhlükəsizlik zəmanətləri NATO-ya üzvlüyü əhatə etməyəcək.
Ukrayna üçün təhlükəsizlik zəmanətləri ilə bağlıötən həftə başlayan danışıqlarda ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens, ABŞ-nin Dövlət katibi Marko Rubio və Ukrayna Prezidenti Volodimir Zelenskinin Ofisinin rəhbəri Andrey Yermak iştirak edirlər.