ABŞ Prezidenti Donald Trampın bazaya səfərindən sonra amerikalı əsgərlər naməlum tozdan zəhərlənib.
Globalinfo.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Hadisə Vaşinqton yaxınlığındakı Merilend ştatında yerləşən Endrius Hərbi Hava Qüvvələri bazasında baş verib.
“Hərbi bazaya ağ maddə olan bağlama çatdırılıb, göndərən müəyyən edilməyib. Paket açıldıqdan sonra bir neçə nəfər xəstəxanaya yerləşdirilib, bir bina isə evakuasiya edilməli olub. Bağlamada müstəntiqlərin araşdırdığı “siyasi təbliğat” materialları olub. Araşdırma davam edir”, – deyə bildirilib.
Məlumata görə, Endrius Hərbi Hava Qüvvələri bazasından prezident, vitse-prezident və digər administrasiya rəsmiləri də daxil olmaqla ABŞ rəsmiləri müntəzəm olaraq istifadə edirlər.
Əliyar Xəlil
Globalinfo.az