Ukrayna səfiri Azərbaycan xalqını təbrik etdi

Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski Azərbaycan xalqını təbrik edib.

Glıobalinfo.az-ın xəbərinə görə, bu barədə səfir feysbuk səhifəsində paylaşım edib.

“Qardaş Azərbaycan xalqı, biz ukraynalılar köməyinizə, dəstəyinizə və həmrəyliyinizə görə sizə təşəkkür edirik! Qoy qarşıdan gələn 2023-cü il qəlblərinizə sevinc, evlərinizə harmoniya və ailə rahatlığı gətirsin, gözəl ölkənizdə daim sülh və firavanlıq hökm sürsün!”, – deyə səfir qeyd edib.