r 94

“SPORT MASTER İdman Klubu”nun təşkilatçılığı ilə uşaqlar, yeniyetmələr və gənclər arasında idman karatesi üzrə turnir keçirilib.

Globalinfo.az xəbər verir ki, yarışda Azərbaycan Respublikasının Əməkdar məşqçisi, beynəlxalq dərəcəli 3 Dan qara kəmər ustası Rəşidə Rəşidovanın tələbəsi Banu Cumayeva da iştirak edib.

7 yaşlı idmançı 25 kiloqram çəki dərəcəsində yüksək nəticə göstərərək qalib adını qazanıb.

Turnirdə ümumilikdə 100 karateçi gücünü sınayıb.

r 91 r 92

 

r 93

Paylaş: