Ukrayna savaşını bitirməyin yeganə yolu budur – Trampın oğlu

ABŞ-ın sabiq prezidenti Donald Trampın oğlu J.Tramp Ukraynadakı münaqişəyə son qoymağın “yollarını” açıqlayıb.

Globalinfo.az xəbər verir ki, o, Ukraynaya maliyyə yardımının kəsilməsinin buna zəmin yaradacağını deyib.

“Maliyyə yardımını dayandırmaq danışıqlara başlamağın yeganə yoludur. Biz Ukraynada sözün əsl mənasında milyarder oliqarxlar sinfini yaradırıq. ABŞ Ukraynaya maliyyəni kəsərsə, Volodimir Zelenskinin heç bir şansı olmayacaq”.

O, həmçinin Ukrayna Silahlı Qüvvələrinin cəbhədəki uğurları ilə bağlı bütün bəyanatları yalan adlandırıb.

Safura Bənnayeva
Globalinfo.az