“Bu il Ukrayna ordusunun 4 milyondan çox müxtəlif tipli pilotsuz təyyarə alacağı gözlənilir”.
Globalinfo.az xəbər verir ki, bunu Ukraynanın müdafiə naziri Rustem Umerov deyib.
“Əsasən Rusiyanın hücum PUA-larına qarşı mübarizə aparmaq üçün hazırlanmış yeni pilotsuz uçuş aparatları sinfinə üstünlük veriləcək. Belə sistemlərin ilk sınaqları artıq “Geran-2” analoqlarının qarşısını almaqda yüksək effektivliyini nümayiş etdirib”, – deyə o bildirib.
Əliyar Xəlil
Globalinfo.az