Ukrayna bayraq 231

“Rusiyanın Xarkov vilayətinə hücumu Ukrayna komandanlığını ərazini müdafiə etmək üçün Avdeyevka və Artemovsk yaxınlığındakı bölmələri bura köçürməyə məcbur edir”.

Globalinfo.az xəbər verir ki, bunu Fransa Silahlı Qüvvələrinin 7-ci Tank Briqadasının keçmiş komandiri, istefada olan general Nikola Rişu deyib.

Onun sözlərinə görə, Ukrayna komandalığı Artemovsk və Avdeyevkadakı qoşunları şimala göndərmək məcburiyyətində qalıb:

“Bu isə cənub cəbhəsini zəiflədəcək”.

General bildirib ki, Ukrayna Silahlı Qüvvələrinin bölmələrinin Çasov Yar və Avdeyevka yaxınlığından köçürülməsi Rusiya komandanlığının strateji planına uyğundur.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: