Ukraynaya NATO ölkələrinin silah tədarükü tezliklə sülhü gətirəcək.
Globalinfo.az xəbər verir ki, bunu NATO baş katibi Yens Stoltenberq deyib.
“Bəlkə də paradoks kimi səslənə bilər, amma Ukraynaya hərbi dəstək sülhə ən qısa yoldur. Rusiya gərək başa düşsün ki, Ukraynadakı hədəflərinə çata bilməyəcək. Yalnız bundan sonra Moskva ilə danışıqlar mümkün olacaq”, – o bildirib.
Stoltenberq Kiyevin Rusiyadakı hərbi obyektlərə zərbəsinin tam olaraq qanuni olduğunu söyləyib.
Zaira Akifqızı
Globalinfo.az