1708796531.6b8ce89e 88b0 3324 abde 3d31845378f7 850

Ukrayna Prezidenti Vladimir Zelenski və İtaliyanın Baş naziri Giorgia Meloni iki ölkə arasında təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında saziş imzalayıblar.

Globalinfo.az xəbər verir ki, bu barədə Ukrayna lideri Teleqram kanalında məlumat paylaşıb.

“Bu günün mühüm nəticəsi ikitərəfli təhlükəsizlik sazişinin imzalanması oldu. Bu sənəd Ukrayna və İtaliya arasında təhlükəsizlik sahəsində uzunmüddətli tərəfdaşlıq üçün möhkəm zəmin yaradır”, – paylaşımda qeyd olunub.

Paylaş: