2025 03 25T160330Z 996520329 RC2CKDAS17Z0 RTRMADP 3 UKRAINE CRISIS ZELENSKIY pic 32ratio 900x600 900x600 83570

Ukrayna 18-24 yaş arası gənclərin cəbhəyə göndərilməsini əhatə edən müqaviləli hərbi xidmət proqramını genişləndirir. 

Globalinfo.az xəbər verir ki, bu barədə ölkə Prezidenti Volodimir Zelenski özünün telegram kanalında paylaşdığı videomüraciətdə məlumat verib.

Dövlət başçısı bildirib ki, baş nazir Yuliya Svırıdenko və müdafiə naziri Denis Şmıxal 18-24 yaşlılar üçün nəzərdə tutulan müqavilələr üzrə tapşırıqları yerinə yetiriblər.

“Biz müdafiə qüvvələrinə qoşula biləcək insanların dairəsini əhəmiyyətli dərəcədə genişləndiririk”, – deyə Zelenski vurğulayıb.

Tahir Turan

Globalinfo.az

Paylaş: