Ukrayna: ABŞ-ın sülh planı haqda məlumatlar yalandır

i 1 10

Ukrayna Müdafiə Nazirliyi Marko Rubio tərəfindən Fransada təqdim olunan münaqişənin həlli ilə bağlı ABŞ-ın təklif etdiyi planı “90 faizlik razılıq” ilə qəbul etdikləri barədə yayılan xəbərləri təkzib edib.

Globalinfo.az xəbər verir ki, nazirlik Ukrayna hökumətinin siyasi qərarların qəbulunda iştirak etmədiyini və danışıqların gedişini faizlə qiymətləndirməyə səlahiyyətli olmadıqlarını vurğulayıb.

Xatırladaq ki, daha əvvəl ABŞ mediası Tramp administrasiyasının nümayəndəsinə istinad edərək Ukraynanın Müdafiə Nazirliyinin təklif olunan sülh planını demək olar ki, tam dəstəklədiyini iddia etmişdi.

Aysel Əliyeva
Globalinfo.az