stiv uitkoff

ABŞ Prezidenti Donald Trampın xüsusi elçisi Stiv Uitkoffun olduğu təyyarə ABŞ-a doğru yola düşüb.

Globalinfo.az xəbər verir ki, bu barədə “RİA Novosti” agentliyi “Flightradar24”ün məlumatlarına istinadən məlumat yayıb.

Bildirilib ki, təyyarə Avropada dayanmayıb.

Fransa mediası daha əvvəl yazmışdı ki, Uittkoffun Moskvaya səfərindən sonra Ukrayna nümayəndələri ilə danışıqlar dekabrın 3-də Brüsseldə baş tuta bilər. Amma gözlənilən olmadı.

Bildirilib ki, Uitkoffun “Bombardier Global 7500” təyyarəsi İslandiya hava məkanını tərk edərək Şimali Amerikaya doğru uçur.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: