WhatsApp Image 2024 08 13 at 12.38.24

Üçüncü İsrail-Livan müharibə rəsmi olaraq başlayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə İsrail mediası məlumat yayıb.

Bildirilib ki, İsrail Hərbi Hava Qüvvələri Livanın cənubuna aviaəməliyyatın başladıldığını elan edib.

Belə ki, İsrail ordu qüvvələri Livanda “Hizbullah” mövqelərinə güclü zərbələr endirib.

İsrail aviasiyası Livanın cənubunda bombardmanların intensivliyini artıraraq 20 dəqiqə ərzində 70-ə yaxın zərbə endirib.

Əməliyyatın hədəfinin təşkilatın potensialını məhdudlaşdırmaq olduğu bildirilib.

Hələ ki Livan və “Hizbullah” rəsmiləri hücumlarla bağlı rəsmi açıqlama verməyib.

Müşviq Tofiqoğlu
Globalinfo.az

Paylaş: