Zəngəzur dəhlizi üçün danışıqlar başlayır

Azərbaycan, Ermənistan və Rusiya baş nazirlərinin müavinlərinin görüşü bu həftə baş tutacaq.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistan baş nazirinin müavini Mqer Qriqoryan deyib.

O, görüşdə kommunikasiyaların açılmasının müzakirə ediləcəyini bildirib.

Görüşün Moskvada baş tutacağı vurğulanıb.

Qeyd edək ki, bundan öncə Moskvada Azərbaycan, Ermənistan və Rusiya liderlərinin görüşündə tərəflər baş nazir müavinlərinin üçtərəfli görüşünün keçirilməsi barədə razılaşıblar.

İlkin Həsənov
Globalinfo.az