Ucarda zəncirvari qəza: 10 nəfər yaralandı – FOTOLAR

Ucarda baş verən yol qəzasında xəsarət alanların sayı on nəfərə çatıb.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, onlardan səkkiz nəfərin şəxsiyyəti məlumdur.

Bunlar – “Mercedes”in sürücüsü Rəşad Lətifov, onun sərnişini Bənurə adlı xanım, “Toyuta”nın sürücüsü Cəlal Cəfərov, sərnişinləri – 1968-ci il təvəllüdlü Mehparə Xudayeva, 1956-cı il təvəllüdlü Solmaz Xudayeva, Qazağıstan vətəndaşları – 2000-ci il təvəllüdlü Rutkay Ceylan, anası 1975-ci il təvəllüdlü Marqarita Ceylan və atası Türkiyə vətəndaşı 1968-ci il təvəllüdlü Riza Ceylandır.

Hələlik 2 nəfərin şəxsiyyəti dəqiqləşməyib.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan bildirilib ki, Ucar-Zərdab yolunun Lək kəndi ərazisində baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı Ucar RPŞ-nin İstintaq Bölməsində müvafiq araşdırmalar aparılır.

Ucarda zəncirvari qəza olub, 10 nəfər xəsarət alıb - FOTO - YENİLƏNİB Ucarda zəncirvari qəza olub, 10 nəfər xəsarət alıb - FOTO - YENİLƏNİB Ucarda zəncirvari qəza olub, 10 nəfər xəsarət alıb - FOTO - YENİLƏNİB Ucarda zəncirvari qəza olub, 10 nəfər xəsarət alıb - FOTO - YENİLƏNİB Ucarda zəncirvari qəza olub, 10 nəfər xəsarət alıb - FOTO - YENİLƏNİB