adebayo

İngiltərə Premyer Liqasının 22-ci turunda “Brayton”a 4:0 hesabı ilə qalib gələn “Luton Taun” klubunun futbolçusu Elijah Adebayo gündəm olub.

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, qarşılaşmada rəqib qapısından 3 top keçirən futbolçu vurduğu qollarla deyil adı ilə diqqət mərkəzinə düşüb.

Belə ki, “Luton Taun” klubunun sosial şəbəkələri oyundan sonra 3 qol vuran oyunçunun tam adını – “Elijah Anuoluwapo Oluwaferanmi Oluwatomi Oluwalana Ayomikulehin Adebayo” paylaşıb. Şərh yazanların əksəriyyəti Nigeriya əsilli forvardın adına təəccüblənib.

9

Paylaş: