Türkiyəyə yardım aparan Sərvərə maşın hədiyyə edildi

Qırmızı rəngli köhnə avtomobillə Türkiyəyə yardım kampaniyasına qoşularaq yorğan-döşək və digər ləvazimatlar aparan şəxsə avtomobil hədiyyə edilib. 

Globalinfo.az azxeber.coma-a istinadən xəbər verir ki, Sərvər Bəşirli adlı şəxs bu gün “MTV”-də yayımlanan “Ümid ilə gəl” televiziyasına dəvət olunub.

Aparıcı Tarix Əliyev ona yeni avtomobilin alınması üçün yardım kampaniyasını başlatdığını deyib.

Verilişə bağlanan Rusiyada yaşayan iş adamlarından biri Sərvər Bəşirliyə avtomobil hədiyyə etdiyini bildirib.

Avtomobilin açarını birinci gün Sərvər Bəşirliyə hədiyyə edəcək.