Türkiyənin məşhur aktyoru vəfat etdi

Baş rol aldığı bir çox filmlə Yeşilçamın unudulmaz adlarından birinə çevrilən aktyor Murat Soydan 83 yaşında dünyasını dəyişib.

Globalinfo.az xəbər verir ki, Soydanın ölüm xəbərini qızı Mehveş Soydan şəxsi İnstaqram hesabında paylaşıb.

O, paylaşımında “Canım atamı itirdik. Başımız sağ olsun”, – sözlərini qeyd edib.

Yeşilçamın ustad aktyorlarından olan Soydan ” Kahveci güzeli”, ” Ah Bir Zengin Olsam”, ” Devlerin Öcü”, “Son söz benim”, ” Kırmızı Gece” kimi filmlərindən əlavə, “Acı həyat” “O Hayat Benim” seriallarında canlandırdığı obrazları ilə tanınır.