NATO-nun Baş katibi Mark Ruttenin Avropa Parlamentində Türkiyə ilə bağlı təxribat xarakterli çıxışa verdiyi cavab maraqla qarşılanıb.
Globalinfo.az xəbər verir ki, Fransanın radikal sağçı Milli Birlik Partiyasının sərdi Jordan Bardellanın AP-da Rutte ilə dialoqu müzakirələrə səbəb olub.
Fransız siyasətçi Türkiyənin öz maraqlarına xidmət edən siyasi xətt izlədiyini və NATO-nu sadəcə bu yolda bir vasitə olaraq gördüyünü deyib. Rutte isə cavabında bunun normal olduğunu bildirib:
“Hər zaman Türkiyənin NATO-nun dəyərli müttəfiqi olduğunu və öz rolunu xüsusi şəkildə oynadığını hiss etmişəm. Ankara eyni zamanda öz maraqlarını da müdafiə edir. Avropa İttifaqı və NATO üzvü olan ölkələrlə bağlı da vəziyyət belədir. Bu, çox təbii bir şeydir. Türkiyə alyansın çox dəyərli üzvüdür”.
Ruttenin cavabı Türkiyə ictimaiyyəti və mətbuatında təqdir olunub.
Əliyar Xəlil
Globalinfo.az