zelenski mark rutte

“Ukrayna Prezidenti Volodimir Zelenskinin Almaniya kansleri Olaf Şoltsun ünvanına etdiyi kəskin tənqidlər bəzən əsassız olur”.

Globalinfo.az xəbər verir ki, bunu NATO baş katibi Mark Rütte deyib.

“Zelenski ilə tez-tez danışıram. O, gərək Şoltsu tənqiddən imtina etsin, ona görə ki bunu ədalətsiz sayıram. Şoltsun Ukrayna üçün etdikləri bizi heyran qoyur”, – o bildirib.

Rüttenin sözlərinə görə, Şoltsun sayəsində Almaniya hazırda ABŞ-dan sonra Ukraynaya hərbi dəstək məsələsində ikinci yerdədir.

Qeyd edək ki, Zelenski bundan öncə Şoltsu Rusiya Prezidenti Vladimir Putinlə danışdığına görə tənqid edib.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: