Türkiyədən zərbə PUA-sı barədə: “Yalnız biz görəcəyik” – VİDEO

Turkiyənin aerokosmik sənaye şirkəti TUSAŞ yeni zərbə PUA-sı “Anka-3”lə bağlı paylaşım edib.

Globalinfo.az-ın məlumatına görə, video şirkətin “X” sosial şəbəkə hesabında dərc olunub.

Kadrlarda “Anka-3”ün 1 saat 10 dəqiqə ərzində 8 min fut hündürlükdə, saatda 150 dəniz mili sürətlə uçması əks olunub.

“Onu ancaq biz görəcəyik!” – deyə paylaşımda bildirilib.