Türkiyədən taxıl sazişi ilə bağlı mühüm açıqlama – YENİLƏNİB

BMT nümayəndə heyətinin, Türkiyə, Rusiya və Ukrayna müdafiə nazirlərinin müavinlərinin “Taxıl sazişi”nə dair sabah İstanbulda baş tutması gözlənilən görüşü təxirə salınıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə milli müdafiə naziri Hulusi Akar bildirib.

O qeyd edib ki, görüşün gələn həftə keçirilməsi nəzərdə tutulur.

Nazir əlavə edib ki, sabah texniki heyətlərin görüşü keçiriləcək.

***

Rusiya, Türkiyə, Ukrayna və BMT nümayəndələri arasında taxıl sazişi ilə bağlı danışıqlar İstanbulda mayın 5-də texniki səviyyədə baş tutacaq.

Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.