Marriner S Eccles Federal Reserve Board Building

ABŞ-nin Federal Ehtiyat Sistemi (FED) uçot dərəcəsilə bağlı qərar qəbul edib.

Globalinfo.az xəbər verir ki, qərara görə, uçot dərəcəsini ardıcıl dördüncü dəfə 50 baza bəndi artırılıb və 4,25-4,50 faiz olaraq müəyyənləşdirilib.

FED açıqlamasında qərarın əsas səbəbi kimi 2 faiz inflyasiyaya nail olmaq göstərilib.

Komitənin bütün üzvləri bu qərarın lehinə yekdilliklə səs veriblər.

Qeyd edək ki, FED 2022-ci ilin əvvəlindən yeddinci dəfə uçot dərəcəsini artırıb.

Paylaş: