Çanaqqaladakı meşə yanğını məhdudlaşdırıldı – FOTOLAR

Türkiyənin Çanaqqala vilayətində dünən axşamdan başlayan meşə yanğını məhdudlaşdırılıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri İbrahim Yumaklı məlumat verib.

***10:10

Türkiyənin Çanaqqala, Uşak və İzmir şəhərlərində meşə yanğınları başlayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.

Hər üç istiqamətdə yanğının havadan və qurudan qarşısının alınması üçün tədbirlər həyata keçirilir.

Məlumata görə, gecədən başlayan yanğın küləyin təsiri ilə ətraf ərazilərə yayılıb.

Bəzi ərazilərdə sakinlərin təxliyəsinə start verilib. Ölən və yaralananlar barədə məlumat yoxdur.

Yanğının səbəbləri araşdırılır.

Əliyar Xəlil
Globalinfo.az