80TTl0GRvIAOhwqHtnAsYJn3ch6jQrmw5l0oEPqn 1200

Türkiyənin Manisa vilayətində sərnişin avtobusu qəzaya uğrayıb.

Globalinfo.az xəbər verir ki, hadisə Dənizlidən Balıkəsirə hərəkət edən sərnişin avtobusunun idarəetmədən çıxması nəticəsində baş verib.

Qəza zamanı avtobusda olan 18 nəfər xəsarət alıb. Yaralılar təcili tibbi yardım briqadaları tərəfindən xəstəxanaya çatdırılıb.

Məlumata görə, yaralılardan ikisinin vəziyyəti ağırdır.

Hadisənin səbəblərinin müəyyənləşdirilməsi üçün araşdırma başladılıb.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: