Türkiyə ordusu 22 hədəfi məhv etdi – FOTO

Türkiyə Silahlı Qüvvələri İraqın şimalında növbəti hava əməliyyatını icra edib.

Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyənin Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, əməliyyat zamanı 22 hədəf məhv edilib.

Əməliyyatın PKK və digər terror ünsürlərini zərərsizləşdirmək məqsədilə həyata keçirildiyi bildirilib.

Açıqlamaya görə, əməliyyatlarda yerli sursatlardan maksimum istifadə edilib.