
Kilis Valiliyi hadisə ilə bağlı açıqlama yayıb.
Bildirilib ki, RPQ 7 mərmisi minalanmış əraziyə düşərək yanğına səbəb olub.
“Bu gün saat 17:53 radələrində Suriya sərhədində, Kilis Mərkəz Akıncı kəndi ilə üzbəüz bölgədə 2 “SNA” qrupu arasında baş verən qarşıdurmada 1 ədəd “RPG 7” raketi minalanmış əraziyə düşərək həmin ərazidəki bitki örtüyündə yanğına səbəb olub. Sosial mediada yayılan görüntülər sərhədin Suriya tərəfinə aiddir. Hadisədə Kilisə hücum olmayıb”.
***
Türkiyə ərazisinə raket mərmiləri atılıb.
Globalinfo.az “Sputnik Türkiyə”yə istinadən xəbər verir ki, bu barədə Türkiyə Təhlükəsizlik qüvvələri məlumat verib.
Türkiyəyə hücumun Suriya ərazisindən edildiyi qeyd edilir.
“Əraziyə minaatan yox, raket mərmiləri düşüb. İlkin ehtimala görə, Suriyanın Azez bölgəsindəki qarşıdurmalar zamanı atılan mərmilər Kilisdə minalanmış əraziyə düşüb”, – məlumatda bildirilib.
Cavab hücumu ilə bağlı yayılan xəbər təkzib edilib.