Türkiyəni tərk etməyə çalışan 16 terrorçu saxlanıldı

Türkiyədən Yunanıstan və Suriyaya qeyri-qanuni yollarla keçməyə çalışan 16 nəfər sərhəd xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.

Globalinfo.az bildirir ki, APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə Milli Müdafiə nazirliyi məlumat yayıb.

Saxlanılan şəxslərdən 6-nın FETÖ, 1-nin İŞİD, digərinin isə PKK/KCK/PYD terror təşkilatı üzvü olduqları müəyyən edilib.