fexr sehdi

Türkiyə səhiyyə naziri Fəxrəddin Qocanın başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycana ikigünlük işgüzar səfəri başlayıb.

Globalinfo.az bildirir ki, Modern.az-ın xəbərinə görə, əvvəlcə Türkiyə nümayəndə heyəti Azərbaycan Respublikasının səhiyyə naziri Teymur Musayevlə birlikdə Fəxri xiyabana gələrək, xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək məzarı önünə əklil qoyulub.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın, böyük alim, ictimai-siyasi xadim, səhiyyə təşkilatçısı Əziz Əliyevin və tanınmış elm xadimi Tamerlan Əliyevin məzarları üzərinə də tər çiçəklər düzülüb.

Sonra Şəhidlər xiyabanına gələn qonaqlar Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman Vətən övladlarının xatirəsinə ehtiramlarını bildirib, məzarları üzərinə gül dəstələri düzərək, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.

Qonaqlar, həmçinin 1918-ci ildə Bakının azad edilməsi uğrunda döyüşlərdə həlak olmuş şəhid türk əsgərlərinin xatirəsinə ucaldılmış “Türk şəhidliyi” abidəsini ziyarət ediblər. Abidənin önünə əklil və gül dəstələri qoyulub.

Sonra Fəxrəddin Qoca “Türk şəhidliyi” abidəsinin “Xatirə kitabına” öz ürək sözlərini yazdı.

Türkiyə səhiyyə nazirinin səfəri çərçivəsində “Azərbaycan-Türkiyə səhiyyə biznes forumu və sərgisi”ndə iştirak, Azərbaycan Səhiyyə Nazirliyində görüş, həmçinin Azərbaycan mədəniyyətinin incisi olan Şuşa şəhərinə ziyarət nəzərdə tutulub.

1663826086 c8fb45a3 0453 4d3a baa1 b6dfc5c9fbd91663826231 421bc37a dba9 4601 8f60 33f08cc058f71663826233 703316e0 ac50 4c10 803f 1ece080832ba1663826253 d6d4ef39 4b38 423f b2d7 c1307439ce56

Paylaş: