Türkiyədə zəlzələ oldu, ölən var – YENİLƏNİB

İzmirdə baş verən zəlzələ zamanı infarkt keçirən şəxs ölüb.

Globalinfo.az xəbər verir ki, bu barədə NTV məlumat yayıb.

Bundan əvvəl isə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca bildirib ki, biri ağır olmaqla 7 nəfərin müalicəsi davam edir.

***

10:53

Türkiyədə baş verən zəlzələ zamanı 20 binaya ziyan dəyib.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bu barədə daxili işlər naziri Süleyman Soylu bildirib.

O qeyd edib ki, 3 nəfər xəsarət alıb.