Türkiyə səfirliyi: “Azərbaycanın müstəqilliyinin əbədi olmasını diləyirik”

“Azərbaycanın müstəqilliyinin əbədi olmasını diləyirik”.

Globalinfo.az xəbər verir ki, “Report”un məlumatına görə, bu barədə Türkiyənin Azərbaycandakı səfirliyinin 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü münasibətilə tviterdə etdiyi paylaşımda bildirilib.

Diplomatik nümayəndəlik Azərbaycan dövləti və xalqı təbrik edilib.

“Müstəqilliyin Bərpası Günü münasibətilə bütün azərbaycanlı bacı-qardaşlarımızı ürəkdən təbrik edir, bu yolda canlarını fəda edən bütün şəhidləri ehtiramla yad edirik”, – təbrikdə vurğulanıb.