İraq və Suriyanın şimalında 17, Türkiyənin Mardin əyalətində isə iki terrorçu zərərsizləşdirlib.
Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi və daxili işlər naziri Əli Yerlikaya danışıb.
Müdafiə Nazirliyi bildirib ki, Silahlı Qüvvələr İraqın Qara, Metina və “Pençe-Kilit” antiterror əməliyyat bölgəsində PKK terror qruplaşmasının 15, Suriyanın şimalında, Münbiç bölgəsində isə PKK/YPG terror qruplaşmasının iki silahlısını məhv edib.
Daxili işlər naziri Əli Yerlikayanın sözlərinə görə, Türkiyənin Mardin əyalətinin Nusaybin rayonunda keçirilən “GÜRZ-11” antiterror əməliyyatı nəticəsində iki terrorçu zərərsizləşdirilib.
Kahraman Türk Silahlı Kuvvetlerimiz; Irak’ın kuzeyindeki Gara, Metina ve Pençe-Kilit Operasyonu bölgelerinde tespit ettiği 15 PKK’lı terörist ile Suriye’nin kuzeyindeki Münbiç bölgesinde belirlediği 2 PKK/YPG’li teröristi etkisiz hâle getirdi.
Her nerede olursa olsunlar,… pic.twitter.com/rqGewG107w
— T.C. Millî Savunma Bakanlığı (@tcsavunma) September 1, 2024