Qırğızıstan Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarını Rusiyaya səfərdən çəkinməyə çağırıb.
Globalinfo.az xəbər verir ki, bu barədə XİN-in mətbuat xidməti məlumat yayıb.
Rəsmi Bişkek bu addımı Rusiyada əlavə təhlükəsizlik tədbirləri və xarici vətəndaşlara qarşı nəzarətin gücləndirməsi ilə əlaqələndirib.
Qeyd edək ki, son üç ayda Rusiya miqrantlarla bağlı qanunvericiliyi həddən artıq sərtləşdirib. Üstəlik, ölkədə xüsusilə Mərkəzi Asiyadan olan miqrantların qovulması prosesi sürətlənib. Həmçinin yeni qanunvericilik miqrantlara Rusiyada bir çox iş yerlərində işləməyi də qadağan edir.
Əliyar Xəlil
Globalinfo.az