“ABŞ Prezidenti Donald Tramp indiyə qədər yalnız bir münaqişəni – Ermənistan və Azərbaycan arasındakı münaqişəni dayandırıb”.
Globalinfo.az xəbər verir ki, bunu Avstriyanın keçmiş xarici işlər naziri Karin Knaysl deyib.
“Ermənistan və Azərbaycan arasındakı münaqişə hazırda qan tökülməyən yeganə münaqişədir. Tramp da bunu həll etdi, Ağ Evdə böyük bir görüş keçirildi. Əgər bu münaqişəni miqyasın müsbət tərəfinə qoymaq istəyiriksə, onda deyə bilərik ki, bəli, heç olmasa döyüş yoxdur. Bu halda hər şey qaydasındadır”, – deyə Knaysl qeyd edib.
O, Trampın sülh sazişi ilə bağlı açıqlamalarından sonra Tayland və Kamboca arasındakı münaqişənin yenidən kəskinləşdiyini vurğulayıb:
“Bu arada, İsrail və Fələstin arasındakı münaqişədə Trampın 20 maddəlik planının ikinci mərhələsinə doğru irəliləyiş əldə etmək mümkün olmayıb”.
Əliyar Xəlil
Globalinfo.az