İran atəşkəs müddətindən hərbi potensialını bərpa etmək üçün istifadə edib.
Globalinfo.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb. Bildirilir ki, bu müddətdə ABŞ və İsrail tərəfindən hədəfə alınmış raketlər, dronlar və müxtəlif sursatlar təmir edilərək yenidən yerləşdirilib.
Qeyd olunur ki, Trampın “qələbə” elan etməsi sadəcə vizual ssenari olaraq qalıb. Reallıqda isə İran öz silahla arsenalını genişləndirib və mübarizəyə daha yaxşı hazırlanıb.
Məlumata əsasən, Amerika kəşfiyyat qurumları Donald Trampın münaqişəyə son qoyacağı ssenaridə Tehranın mümkün reaksiyasını da təhlil ediblər.
Onların qiymətləndirməsinə görə, Tehran ABŞ qoşunlarının geri çəkilməsini öz mövqeyi baxımından “qələbə” kimi təqdim edə bilər.
Eyni zamanda qeyd olunur ki, İslamabad şəhərində keçirilən sülh danışıqlarının nəticəsiz qalmasından sonra Tramp Yaxın Şərqdə mühüm logistika marşrutunun blokadaya alındığını açıqlayıb. Bu addımın İranın neft ixracına və ümumilikdə regiondakı iqtisadi balanslara təsir göstərəcəyi gözlənilir.
Tahir Turan
Globalinfo.az