Çilidə meşə yanğınları: ölənlərin sayı 130-u ötdü

Çilidə meşə yanğınlarında azı 131 nəfər ölüb.

Globalinfo.az xəbər verir ki, bu barədə ölkənin Məhkəmə-Tibbi Ekspertiza Xidməti məlumat yayıb.

Məhkəmə-tibb ekspertlərinin rəyinə görə, 35 cəsədin şəxsiyyəti müəyyən edilib.

Qeyd edək ki, fevralın 2-də Çili Prezidenti Qabriel Borik yanğınlarla əlaqədar fövqəladə vəziyyət elan edib.