Trampın Ağ Evdə asdığı şəkil maraq doğurdu: İlk dəfə… – FOTO

photo 2025 02 14 17 24 53

Ağ Evin divarında Trampın yeni rəsmi asılıb. Digər rəsmlərdən fərqlənən tablo hər kəsin marağına səbəb olub.

Globalinfo.az xəbər verir ki, görüntüləri “Newsweek” paylaşıb.

Mənbənin məlumatına görə, divarda asılan foto fevralın 13-də ABŞ Prezidenti Donald Trampın Hindistanın Baş naziri Narendra Modi ilə görüşü zamanı qeydə alınıb.

Hər kəsin marağına səbəb olan fotoda Donald Tramp əks olunub və həmin foto onun 2023-cü ilin avqustunda polis tərəfindən saxlanılması zamanı çəkilib.

Xatırladaq ki, qeyd olunan vaxtda Donald Tramp 2020-ci ilin seçkiləri ilə bağlı həbs edilmişdi. Həmin foto da prezidentin saxlanılması zamanı çəkilmişdi.

Qeyd edək ki, Donald Tramp bu tərz fotosu (“maqşot” – Birləşmiş Ştatlarda həbsdən dərhal sonra çəkilən profil və anfas fotosu) olan ilk ABŞ prezidentidir.

 

photo 2025 02 14 17 24 53 2 photo 2025 02 14 17 24 53 3

 

Aysel Əliyeva
Globalinfo.az