IMG 20250122 WA0032

ABŞ Prezidenti Donald Tramp Rusiyaya və onun müttəfiqlərinə xəbərdarlıq edib.

Globalinfo.az xarici mediaya istinadən xəbər verir ki, müharibəni dayandırmayacağı təqdirdə Rusiyanı yeni sanksiyalar və ticarət rüsumları ilə hədələyən ABŞ Prezidenti deyib:

“Biz razılığa gəlməsək, mənim Rusiyanın Birləşmiş Ştatlarda satışını həyata keçirdiyi hər şeyə yüksək məbləğdə vergi, rüsum və sanksiya tətbiq etməkdən başqa çarəm olmayacaq”.

“Dərhal razılaşın və bu axmaq müharibəyə son qoyun!”, — deyə Tramp əlavə edib.

sahin ceferli esas

Şahin Cəfərli

Trampın sosial mediadan Putinə müraciət edərək onu müharibəni dayandırmağa çağırmasını politoloq Şahin Cəfərli belə şərh edib.

“Müraciəti öz məzmununa görə ultimatum kimi də qiymətləndirmək olar, çünki razılaşma əldə olunmasa, Tramp Putini Rusiyaya qarşı sanksiyaları ağırlaşdıracağı ilə təhdid edir.

Yeni sanksiya təhdidi Putini dayandıra bilərmi?

Çoxlarına elə gəlir ki, artıq hər cür sanksiya tətbiq olunub və Qərbin əlində bu sahədə başqa imkan qalmayıb. Belə deyil. Hələ sanksiyaların potensialı tükənməyib.

Məsələn, Bayden Rusiya neft sektoruna real sanksiyaları yalnız son günlərdə tətbiq etməyə başladı. Bu sahədə sanksiya rejimini daha da ağırlaşdırmaqla Rusiya iqtisadiyyatında stres səviyyəsini yüksəltmək mümkündür. Yaxud Avropa Rusiyadan LNG almağa davam edir. Bunu dayandırmaqla Rusiyaya növbəti ağır zərbə endirmək olar.

Rusiya iqtisadiyyatında neqativ tendensiyalar güclənib və təbii ki, Trampa bu mövzuda brifinq verilib. O, Rusiya iqtisadiyyatının çökməkdə olduğunu bildirib”, – politoloq qeyd edib.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: